Gündəm / Cəmiyyət
04 iyun 2024
0

Xankəndiyə göndərilən rektorun vəzifələrini o icra edəcək


Mingəçevir Dövlət Universitetinə (MDU) yeni prorektor təyin olunub.

Bu barədə elm və təhsil naziri Emin Əmrullayev müvafiq əmr imzalayıb.

Əmrə əsasən Üzeyir Ələmşah oğlu Zeynalov MDU-nun tədris məsələləri üzrə prorektoru vəzifəsinə gətirilib.

Nazir E.Əmrullayevin digər əmrinə əsasən, Ü.Zeynalov MDU rektorunun vəzifəsini müvəqqəti icra edən təyin olunub.

Qeyd edək ki, Üzeyir Zeynalov əmək fəaliyyətinə Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialında metodist, müəllim olaraq başlayıb. Sonra həmin filialın Tədris şöbəsinin müdiri, MDU-nun Tədris hissəsinin müdir müavini, Karyera Mərkəzinin direktoru, Tədris şöbəsinin müdir müavini, hazırkı təyinata qədər isə Tədris şöbəsinin müdiri vəzifələrində çalışıb.

Xatırladaq ki, bir neçə gün öncə sözügedən təhsil ocağının rektoru Şahin Bayramov vəzifəsindən azad olunaraq Xankəndidə yerləşən Qarabağ Universitetinə rektor göndərilib.