Gündəm / Dünya
10 iyun 2024
0
İsrail ordusu "Hizbullah"ın Livandakı hərbi strukturlarına hücum edib
İsrail ordusunun qırıcıları "Hizbullah"ın Livandakı hərbi obyektlərinə zərbələr endirib.
Bu barədə İsrailin Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
"Qırıcılar "Hizbullah"ın Şebaa rayonundakı hərbi strukturuna zərbə endiriblər. Eyni zamanda, hava zərbələri Aytarun və Markaba rayonlarında daha iki hərbi qurğuya, həmçinin Aytarun rayonunda terror infrastrukturuna və Et-Tiri rayonunda İsrail ərazisini atəşə tutmaq üçün istifadə edilən buraxılış qurğusuna endirilib", - açıqlamada deyilir.
Hərbçilər həmçinin “Hizbullah”ın Livanın cənubundakı Hula bölgəsindəki hərbi birləşməsinə daxil olan terrorçuları aşkar etdiklərini, bundan sonra İsrailin qırıcılarının həmin struktura zərbə endirdiklərini bildiriblər.
Daha çox xəbər:
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
Gündəm / Dünya“İran odla oynayır” - İsrail Prezidenti
Gündəm / Dünyaİsrail HƏMAS-ın onlarla döyüşçüsünü məhv etdi
Gündəm / Dünyaİsrail HƏMAS-ın hərbi-dəniz obyektlərinə zərbələr endirdi
Dünyaİsrail ordusu Qəzza zolağından atılan iki raketi zərəsizləşdirdi
Dünya