Gündəm / Dünya
12 iyun 2024
0
ÜST Yəməndə saxlanılan BMT əməkdaşlarının dərhal azad edilməsini tələb edib
Yəməndə saxlanılan BMT və humanitar yardım işçiləri dərhal və qeyd-şərtsiz azad edilməlidir.
Bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus deyib.
“BMT-nin digər işçiləri ilə birlikdə Yəməndə ÜST əməkdaşının saxlanılmasından narahatam. Biz onların təhlükəsizliyini təmin etmək üçün BMT-dəki həmkarlarımızla sıx əməkdaşlıq edirik. Saxlanılanların dərhal və qeyd-şərtsiz azad edilməsinə çağırırıq. Humanitar işçilər heç vaxt hədəf olmamalıdır”, - o vurğulayıb.

Daha çox xəbər:

ÜST rəhbəri: “Tarixin ən həssas anını yaşayırıq”
Gündəm / Cəmiyyət
COVID-19-un pandemiya statusu ləğv edildi
Gündəm / Cəmiyyət
Vaksin hazırlamaq üçün 31 milyard dollar lazımdır - ÜST
Səhiyyə
"Şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik" - İlham Əliyev
Gündəm / Cəmiyyət
ÜST rəhbəri yeni pandemiyaya hazırlaşmağa çağırdı
Dünya