Gündəm / Cəmiyyət
25 iyun 2024
0
Çaylarda gözlənilən daşqın və sel ilə bağlı XƏBƏRDARLIQ
Yağıntılarla əlaqədar iyunun 26-sı səhər şimal və qərb rayonlarından başlayaraq 27-si axşamadək çaylarda sululuğun artacağı gözlənilir.
Bunu Milli Hidrometeorologiya Xidmətının Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.
O qeyd edib ki, yağıntıların intensiv və güclü olacağı ilə əlaqədar Böyük və Kiçik Qafqazın və Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Asif Verdiyev sel təhlükəsi olan Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan çaylarda baş verə biləcək daşqınla əlaqədar həmin ərazilərdə çayların sahilində yaşayan və orada istirahət edən vətəndaşlara diqqətli olmaları üçün çağırış edib.
O, vətəndaşlardan mümkün qədər çayların sahilindən uzaqda eyni zamanda, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini tövsiyə edib.
“Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi gözləniləndir. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir”, - A.Verdiyev deyib.
Daha çox xəbər:
Leysan olacaq, dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Gündəm / CəmiyyətHava yenidən dəyişəcək - Leysan, dolu, qar...
Gündəm / CəmiyyətLeysan yağacaq, külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
Gündəm / CəmiyyətHava şəraiti bu tarixdən dəyişəcək - XƏBƏRDARLIQ
Gündəm / CəmiyyətLeysan, dolu, qar yağacaq - Hava xəbərdarlığı
Gündəm / Cəmiyyət