Gündəm / Cəmiyyət
26 iyun 2024
0
Türkiyənin sabiq xarici işlər naziri VƏFAT EDİB

Türkiyənin sabiq xarici işlər naziri, təqaüdçü diplomat Yaşar Yakış 85 yaşında müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
1938-ci ildə Düzcedə anadan olan Yaşar Yakış ilk xaricə təyinatında Antverpen Baş Konsulluğuna konsul köməkçisi olub.
Yakış həmçinin Laqos, Roma və Dəməşqdəki səfirliklərdə, NATO-nun Brüsseldəki Daimi Nümayəndəliyində müxtəlif vəzifələrdə çalışıb.
Yakış 1985-ci ildə İslam Konfransı Təşkilatının İqtisadi və Ticarət Əməkdaşlıq Daimi Komitəsinin sədri olaraq Türkiyə Prezidentinə katiblik xidmətləri göstərmək üçün yaradılmış COMCEC Koordinasiya Şurasını yaradıb və ona rəhbərlik edib.
Yakış 2001-ci ildə Xarici İşlər Nazirliyindən təqaüdə çıxıb və AKP-nin qurucu üzvü kimi siyasətə daxil olub. O, eyni zamanda AKP sədrinin müavini və Mərkəzi İdarə Heyətinin üzvü vəzifələrində çalışıb. Yakış 3 noyabr 2002-ci ildə keçirilən seçkilərdə Düzcedən millət vəkili seçilib, 18 noyabr 2002-ci ildə isə xarici işlər naziri vəzifəsinə təyin edilib.
AKP hakimiyyətinin ilk XİN başçısı olan Yaşar Yakış 28 mart 2016-cı ildə partiyadan xaric edilmişdi.

Daha çox xəbər:

Azərbaycanda sabiq nazir vəfat etdi
Gündəm / Hadisə
Diplomatik müşavir idarə rəisi vəzifəsinə təyin edildi
Gündəm / Mədəniyyət
Bu il vəfat edən sabiq nazir, icra başçısı və deputatlar - SİYAHI
Gündəm / Cəmiyyət
AMEA-nın sabiq prezidenti vəfat etdi
Siyasət
Azərbaycanda yüksək vəzifələrdə çalışmış şəxs vəfat etdi - FOTO
Gündəm / Hadisə