Gündəm / Cəmiyyət
27 iyun 2024
0
Aİ Ukraynaya 1,9 milyard avro tranş ayırıb
Ukrayna “Ukraine Facility” proqramı üzrə Avropa İttifaqından (Aİ) 1,9 milyard avro alıb.
Bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
“Ukraynanın dövlət büdcəsinə Avropa İttifaqından 1,9 milyard avro məbləğində şərtsiz maliyyə (Pre-financing) tranşı daxil olub”, - məlumatda bildirilib.
Nazirlik vurğulayıb ki, 2022-ci ilin fevralından Aİ Ukraynaya təxminən 35 milyard avro birbaşa büdcə yardımı edib.
Qeyd edək ki, fevralın 1-də Brüsseldə keçirilən sammitdə Aİ ölkələrinin liderləri 2024-2027-ci illər üçün “Ukraine Facility” fondu çərçivəsində Kiyevə 50 milyard avro vəsaitin ayrılmasını təsdiqləyiblər.
Daha çox xəbər:
Dünyanın ən bahalı futbol liqalarının reytinqi məlum olub
İdmanUkraynanın daha çox sursata ehtiyacı var - Borel
Gündəm / DünyaBu ölkə rus qazı üçün fantastik məbləğ ödəyəcək
DünyaUkraynaya misli görülməmiş yardım edilir - 500 milyon avro
Gündəm / DünyaAlmaniya Ukraynaya 7 milyard avro ayıracaq
Gündəm / Dünya