Gündəm / Cəmiyyət
28 iyun 2024
0

Heyvanı xilas etmək istəyərkən özü öldü



Kürdəmir rayonunun Təklə kəndində göldə batan şəxsin kimliyi müəyyənləşib.

Vəfat edən şəxs rayonun Mürtülü kənd sakini 1974-cü il təvəllüdlü Vasif Ələddin oğlu Mahmudov olub.

Belə ki, V.Mahmudov ərazidə iribuynuzlu mal-qaranı otararkən heyvanlardan biri gölə girib. O, heyvanı göldən çıxarmaq üçün özü suya girməyə qərar verib. Bu zaman 50 yaşlı kişi özü boğularaq ölüb.

Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.