Gündəm / Siyasət
01 iyul 2024
0
İlham Əliyev: Sülh müqaviləsinin əsas prinsiplərini bir neçə aya yekunlaşdıra bilərik
Zənnimcə sülh müqaviləsinin mətni, ən azı əsas prinsipləri üzərində işi bir neçə aya yekunlaşdıra bilərik.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev Kanadanın yeni təyin edilən səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, işğal dövründə vasitəçilərin planı Madrid prinsipləri adlandırılan əsas prinsiplərlə bağlı razılığa gəlməkdən ibarət idi:
“Onlar paraflanmalı və daha sonra isə mətn tərtib edilməli idi. Hesab edirik ki, bu, bir variant ola bilər - əsas prinsiplərlə bağlı razılıq əldə edilsin, onlar paraflansın və daha sonra mətn üzərində iş getsin”.
Prezident İlham Əliyev qeyd etdi ki, bu, onların konstitusiyaya dəyişiklik edəcəkləri təqdirdə baş tutacaq.
Daha çox xəbər:
"Ermənistan tərəfi eyni iradə nümayiş etdirsə, sülh sazişini imzalaya bilərik" - İlham Əliyev
Gündəm / SiyasətPaşinyan Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasını mümkün hesab edir: Əsas prinsiplər razılaşdırılıb - YENİLƏNİB
Gündəm / Siyasət"Onlar torpaqları geri qaytarmadan sülh istəyirdilər" - İlham Əliyev
Gündəm / Siyasət"Sülh müqaviləsinin mətni ilə bağlı razılığa gələ bilməmişik" - Paşinyan
Dünya"Ermənistanın sülh müqaviləsi imzalamasının vaxtı gəlib çatıb" - Dövlət başçısı
Gündəm / Siyasət