Gündəm / Siyasət
29 may 2024
0
Paşinyan Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasını mümkün hesab edir: Əsas prinsiplər razılaşdırılıb - YENİLƏNİB
Hər gün sülh sazişinin (Azərbaycanla) imzalanması üçün əla fürsətdir.
Bunu Ermənistan Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məsələ bundadır ki, sülh müqaviləsinin mətni ətrafında razılaşmalar əldə edilməlidir. O, buna nail olunacağına dair ümidini ifadə edib: “Daha doğrusu, bu razılaşmalar 6 oktyabr 2022-ci ildə Praqada, sonra Soçidə, daha sonra isə Brüsseldə əldə edilib. Sazişin əsas prinsipləri razılaşdırılıb, bütün bunları sülh sazişinin mətninə köçürmək qalır. Hesab edirəm ki, bu işi çox tezliklə başa çatdırmaq imkanımız var. Müqavilənin imzalanma yeri və tarixi əlavə müzakirə ediləcək başqa bir məsələdir”.
***
11:30
Paşinyan Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasını mümkün hesab edir.
APA xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb.
Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin tezliklə imzalanmasını mümkün hesab edir.
APA
Daha çox xəbər:
İlham Əliyev və Paşinyan görüşündən sonra XİN rəhbərləri də görüşəcək
Gündəm / SiyasətPaşinyan Azərbaycanla sülh danışıqlarına hazır olduğunu bəyan etdi
Dünya“Bakı İrəvanın təklifinə cavab verib”
Gündəm / DünyaAzərbaycan sülh sazişinin yeni variantını Ermənistana VERDİ
Siyasət"İl sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalanacaq" - Paşinyan
Gündəm / Dünya