Gündəm / Hadisə
04 iyul 2024
0
Ata-balanın bıçaqlandığı dava toyda başlayıbmış - Video
Xəbər verdiyimiz kimi, paytaxtın Xəzər rayonunda 1995-ci il təvəllüdlü Amil Hikmət oğlu Cahangirov və onun atası, 1970-ci il təvəllüdlü Hikmət Əlihüseyn oğlu Cahangirov bıçaqlanıb.
Hadisənin bəzi detalları məlum olub.
Xəsarət alanların qohumu Zaur Kərimovun sözlərinə görə, qonşular arasında mübahisə toyda yaranıb:
“Toydan sonra Amil və atası evlərinə gediblər. Daha sonra onları “söhbətə” çağırıblar, özləri ilə də bıçaq gətiriblər. Atasına üç, Amilə isə altı bıçaq xəsarəti yetiriblər”.
Xatırladaq ki, hadisə zamanı 29 yaşlı A.Cahangirova 6 bıçaq zərbəsi vurulub. Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.
Ətraflı videomaterialda:
Daha çox xəbər:
Axtarışda olan şəxs polis əməkdaşlarına xəsarət yetirdi
Gündəm / HadisəBakıda toyda BIÇAQLANAN tamadanın oğlu: “Mənə də bıçaq vurdular” - YENİLƏNİB + TƏFƏRRÜAT
Gündəm / HadisəAzərbaycanda toyda qan töküldü: Saxlanılan var
Gündəm / HadisəSabirabadda ana, oğlu və qızı BIÇAQLANDI
Gündəm / HadisəBakıda qısqanc kişidən dəhşətli əməl – Başına bıçaq soxdu
Hadisə