Gündəm / Hadisə
02 iyul 2022
15
Bakıda toyda BIÇAQLANAN tamadanın oğlu: “Mənə də bıçaq vurdular” - YENİLƏNİB + TƏFƏRRÜAT

Bakıda toyda bıçaqlanan məşhur tamada Natiq Dağlaroğlunun səhhəti ilə bağlı son durumu açıqlanıb.
Onun oğlu Məhəmməd İsaq Oxu.Az-a açıqlamasında bildirib ki, toy bitəndən sonra kənar şəxslər onun atasını bıçaqlayıblar:
“Toydan sonra atam musiqiçiləri yola salan zaman kənardan bir adam gəldi, kobud danışdı. Atam da ona dedi ki, adam özündən böyük şəxslə belə danışmaz. Bu zaman atama arxadan beş-altı, mənim də döş qəfəsimdən və belimdən bıçaqla zərbə vurdular. Atamın vəziyyəti orta ağırdır. Reanimasiyadadır”.
09:10
Bakıda məşhur tamada Natiq Dağlaroğlu toyda bıçaqlanıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə “Altun” restoranında baş verib.
Belə ki, naməlum şəxs toy zamanı Natiq Dağlaroğlunu bıçaqlayıb.
O, yaralı vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Yaxınlarının sözlərinə görə, Natiq Dağlaroğlu əməliyyat olunduqdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.
Məlumata görə, hadisə nəticəsində atasını restorandan götürməyə gedən oğlu Məhəmməd də xəsarət alıb.

Daha çox xəbər: