Gündəm / Hadisə
22 iyun 2022
16
Toyda “Laçınım” mahnısının üstündə qan töküldü
Mingəçevir şəhərində keçirilən toy mərasimində dava olub.
Bizim.Media-nın məlumatına görə, hadisə Samux küçəsində yerləşən “Altun” şadlıq sarayında keçirilən toy mərasimində baş verib.
Toyda “Laçınım” mahnısının ifaçılar tərəfindən yarımçıq saxlanılması münaqişəyə səbəb olub.
Toyda sərxoş vəziyyətdə olan iştirakçılardan biri ifaçıları söyüşlə təhqir edib. Nəticədə mübahisə və münaqişə yaranıb. Musiqiçilərdən biri - saz ifaçısı əl nayihəsindən kəsici alətlə kəsilmiş-deşilmiş yara xəsarətləri alıb.
Sonra şadlıq sarayı ərazisinə iki avtomobildə müxtəlif kəsici alətlərlə yaralı ifaçının yaxın adamları yetişiblər. Davanı məclis iştirakçıları yatırmağa çalışıblar.
Polisin çevik hadisə yerinə yetişməsi bəzi hadisə iştirakçılarını qaçmağa vadar etsə də, polis əməkdaşları yollarını kəsərək onları saxlayıblar. Toy sahibi də daxil olmaqla, münaqişə iştirakçıları polis şöbəsinə aparılıb.
Faktla bağlı araşdırma aparılır.
Daha çox xəbər:
Azərbaycanda iki toyun qonaqları arasında kütləvi dava - Bəy də dalaşdı
HadisəDaha 16 nəfər toylara görə cərimələndi
Gündəm / CəmiyyətAzərbaycanlı müğənnini toyda biabır etdilər – VİDEO
Şou"1 qəpiklik toy apara bilmirsən" — Əməkdar artisti toyda BİABIR ETDİLƏR – VİDEO
ŞouToyda bu da oldu: gəlinə... - FOTO
Hadisə