Şou
13 may 2019
50
"1 qəpiklik toy apara bilmirsən" — Əməkdar artisti toyda BİABIR ETDİLƏR – VİDEO

ARB TV-nin "Söhbət var" verilişinin növbəti buraxılışında qonaq əməkdar artist Sahib İbrahimov olub.
Beş.az "Ölkə.Az"a istinadən xəbər verir ki, o, iştirak etdiyi toyların birində başına gələn maraqlı hadisəni danışıb:
"Şamaxıda şadlıq evlərinin birində toy məclisində iştirak edirdim. Saat 22:00-a qədər toy məclisində ancaq ara mahnılar səsləndi. Nəhayət 22:30-da qalxdım ayağa ki, oxuyam. Təqribən 60 yaşlarında bir nəfər qalxdı ayağa və mənə dedi ki, Sahib müəllim, adın-sanın var, amma 1 qəpiklik toy apara bilmirsən. Dedim, düz deyirsən, imkan verirlər ki oxuyaq?!"

Daha çox xəbər: