Gündəm / Dünya
04 iyul 2024
0
Əhmədin cinayəti anlaqsız halda törətdiyinə dair qərara baxılır

Bakı Ağır Cinayətlər Məhkəməsində ailəsinin beş üzvünü qətlə yetirməkdə ittiham olunan Əhməd Əhmədovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
Proses hakim Səbinə Məmmədzadənin sədrliyi ilə keçirilir.
Proses çərçivəsində Ə.Əhmədovun törətdiyi cinayəti anlaqsız halda törətdiyinə dair qərara baxılır.
Qeyd edək ki, Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə yekun ittiham elan olunub, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və Səhiyyə Nazirliyinin "Respublika Psixiatriya Xəstəxənası" publik hüquqi şəxsinə yerləşdirilib. İş üzrə məhkəməyədək icraat tamamlanaraq təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqi məsələsinə baxılması üçün cinayət işi aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası - 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası - 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Daha çox xəbər:

Ailəsinin beş üzvünü qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun həbs müddəti uzadılıb
Gündəm / Hadisə
"Nərmin işi"ndə təqsirləndirilən İlkin Süleymanova HÖKM OXUNDU
Gündəm / Hadisə
Əhmədin işini bu hakim araşdıracaq
Gündəm / Cəmiyyət
Rəşad Dağlı bu gün hakim qarşısına çıxarılacaq
Gündəm / Cəmiyyət
Bakıda 2 nəfəri qisas məqsədilə yandıraraq öldürüblər - Rəsmi
Gündəm / Hadisə