Gündəm / Cəmiyyət
04 iyul 2024
2
Zakir Həsənov taktiki-xüsusi təlimi izlədi - Fotolar

Cari ilin hazırlıq planına əsasən, Azərbaycan Ordusunun müxtəlif qoşun növlərinin şəxsi heyəti ilə mürəkkəb ərazi şəraitində döyüş dəstək vasitələrinin imkan və qabiliyyətlərinin qiymətləndirilməsi, qarşılıqlı əlaqənin təşkili və birgə fəaliyyətin təkmilləşdirilməsi məqsədilə taktiki-xüsusi təlim keçirilir.
Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, Müdafiə Nazirliyinin rəhbər heyəti təlimin gedişatını izləmək üçün qoşun növlərinin idarəetmə məntəqələrində olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənova məruzə olunub ki, müasir idarəetmə sistemlərinin və yüksək texnologiyaların tətbiqi ilə keçirilən təlimdə hərbi qulluqçular tapşırıqları peşəkarlıqla yerinə yetirir.
Təlimin keçirilməsində əsas diqqət komanda-idarəetmənin təşkili, o cümlədən komandirlərin qərar qəbuletmə və qüvvələrin tətbiqi üzrə praktiki vərdişlərinin təkmilləşdirilməsinə yönəldilib.



Daha çox xəbər:

Zakir Həsənov Laçında təlimləri izlədi - VİDEO
Gündəm / Siyasət
Azərbaycanla Türkiyə İranla sərhəddə təlimlər keçirir - VİDEO
Gündəm / Cəmiyyət
Azərbaycanla İran birgə hərbi təlim KEÇİRƏCƏK
Gündəm / Cəmiyyət
Zakir Həsənovdan TAPŞIRIQ: Təxribatlara adekvat cavab verilsin
Gündəm / Siyasət
Zakir Həsənovdan TAPŞIRIQ: Döyüş hazırlığını yüksək səviyyədə saxlayın (VİDEO)
Gündəm / Cəmiyyət