Gündəm / İdman
08 iyul 2024
2
"Dinamo" Mahir Emrelini təlim-məşq toplanışına aparmayacaq
Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın "Dinamo" klubundan ayrılmağa çox yaxındır.
Zaqreb təmsilçisi yeni mövsümə hazırlıq üçün 27 yaşlı hücumçunu Avstriyadakı təlim-məşq toplanışına aparmayacaq.
Emreli ilə yanaşı, Moreno Jivkoviç və Qabriel Rukavinanın da hazırlıq prosesində iştirakı gözlənilmir.
Qeyd edək ki, 2022-ci ildən "Dinamo"da çıxış edən Mahir Emreli komanda ilə iki dəfə Xorvatiya çempionu olub. Onun hazırkı sözləşməsinin müddəti 2026-cı ilin yayında başa çatacaq. Futbolçunun klubu ilə yollarını ayıracağı gözlənilir.

Daha çox xəbər:

“Dinamo” rəhbərliyi Mahir Emrelini klubdan uzaqlaşdırmaq istədi – Nə baş verib?
Gündəm / Cəmiyyət
Mahir Emrelinin transferi üçün “Dinamo” nədən imtina edib?
İdman
"Legiya" Mahir Emreli ilə bağlı qərar verdi
İdman
Çempionlar Liqası: Bu gün pley-off oyunlarına start veriləcək - AFİŞA
İdman
“Mahir qaydalara uyğun davranmadı”
İdman