Gündəm / Dünya
11 iyul 2024
0
Rusiya ikinci sammitdə iştirakdan imtina etdi

Rusiya Kiyevin Moskvanı dəvət etməyə hazırlaşdığı Ukrayna üzrə ikinci sülh sammitində iştirak etmək niyyətində deyil.
Bu sözləri Rusiya XİN başçısının müavini Mixail Qaluzin deyib.
“Biz Kiyev rejiminin və onun Qərb kuratorlarının bu ilin iyun ayının ortalarında İsveçrənin Bürgenstok şəhərində baş tutmayan sülh sammiti üçün özlərini reabilitasiya etmək və oxşar tədbir keçirməyə çalışmaq niyyətlərindən xəbərdarıq”, – o bildirib.
O qeyd edib ki, Rusiya bu cür ultimatumları qəbul etmir və bu cür “zirvə görüşlərində” iştirak etmək fikrində deyil.
Qaluzin sülh konfransını “fırıldaqçılıq təzahürü” adlandırıb.

Daha çox xəbər:

Çin İsveçrədəki Ukrayna Sülh Konfransında iştirakdan imtina edib
Dünya
İndoneziya G20-də Putin və Zelenskinin görüşünü keçirə bilər
Gündəm / Dünya
Ukrayna XİN Rusiya ilə sülh şərtlərini AÇIQLADI
Gündəm / Dünya
“Bu, sülh sazişi üzrə işi çətinləşdirir”
Gündəm / Cəmiyyət
“Kiyev danışıqlar aparmaq qabiliyyətində deyil” - Rusiya XİN
Gündəm / Dünya