Gündəm / Cəmiyyət
12 iyul 2024
0
Tovuz döyüşlərindən 4 il keçir

Bu gün Tovuz döyüşlərinin növbəti ildönümüdür.
Azərbaycan Ordusunun qələbəsi ilə yekunlaşan Tovuz döyüşlərindən 4 il ötür.
2020-ci il iyulun 12-də Ermənistan silahlı birləşmələrinin Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdikləri təxribatların qarşısı qətiyyətlə alınıb.
Tovuz döyüşləri də Azərbaycanın hərb tarixinə zəfər döyüşü kimi daxil olub.
Ermənistanın 100-dən çox hərbçisi və onlarla hərbi obyekti məhv edilib.
Bu döyüşlər zamanı general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, mayor Namiq Əhmədov, mayor Anar Novruzov, baş leytenant Rəşad Mahmudov, gizir İlqar Zeynalov, gizir Yaşar Babayev, baş çavuş Vüqar Sadıqov, çavuş Elçin Mustafazadə, çavuş Nazim İsmayılov, baş əsgər Elşad Məmmədov və əsgər Xəyyam Daşdəmirov şəhidlik zirvəsinə ucalıblar.
Eyni zamanda, ermənilərin atdığı mərminin Tovuzun Ağdam kəndində evlərdən birinə düşməsi nəticəsində mülki şəxs, 76 yaşlı ev sahibi Əziz Əzizov da şəhid olub.
Bundan başqa ermənilərin artilleriya və minaatan zərbələri nəticəsində Tovuz rayonunun Ermənistanla sərhəd olan bir neçə kəndində evlərə, inzibati binalara, mülki obyektlərə, məktəblərə ciddi ziyan dəyib.
Prezident İlham Əliyevin 9 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə general-mayor Həşimov Polad İsrayıl oğluna və polkovnik Mirzəyev İlqar Anzor oğluna “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Daha çox xəbər:

Tovuz döyüşlərindən 3 il ÖTÜR
Gündəm / Cəmiyyət
Polad Həşimov və İlqar Mirzəyevin şəhid olmasından üç il ötür
Gündəm / Cəmiyyət
Şiddətli döyüşlərdə 7 hərbçimiz şəhid olub - VİDEO
Gündəm
Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları təltif ediliblər - SİYAHI
Gündəm
General-mayor Polad Həşimov II Fəxri xiyabanda dəfn olunacaq
Gündəm