Gündəm / Cəmiyyət
17 iyul 2024
0
“Auditor xidməti haqqında” qanununda dəyişiklik edildi

Prezident İlham Əliyev “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.
Qanuna əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 114; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu (Cild I); 2024, № 2, maddə 138) 13-cü maddəsinin birinci hissəsinin yeddinci abzasında “tələb etdiyi hallar,” sözləri “, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr çərçivəsində xarici ölkələrin səlahiyyətli orqanlarından daxil olan sorğuların (müraciətlərin) icrası məqsədilə qanunla müəyyən edilmiş hallarda vergi orqanlarının tələb etdiyi, habelə” sözləri ilə əvəz edilib.

Daha çox xəbər:

Milli Məclisin növbədənkənar sessiyasının növbəti plenar iclası başlayıb
Siyasət
Vergi Məcəlləsində edilən dəyişiklik təsdiqləndi
Gündəm / Siyasət
Milli Məclis TOPLAŞIR - Gündəlikdə 27 məsələ var
Gündəm / Cəmiyyət
Parlamentin növbəti iclasının vaxtı və gündəliyi açıqlandı
Cəmiyyət
Deputatlar bu gün 19 məsələni müzakirə edəcək
Gündəm / Siyasət