Gündəm / Cəmiyyət
19 iyul 2024
0
Bu nazirliyə yeni səlahiyyət verildi - Qərar

Nazirlər Kabineti 5 iyun 2015-ci il tarixli qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatının illik maliyyə hesabatının forması, məzmunu və təqdim edilməsi Qaydası"na dəyişiklik edib.
Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycandakı filial və yaxud nümayəndəlikləri qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatını hər il aprelin 1-dən gec olmayaraq Ədliyyə Nazirliyinə də təqdim edəcək.
İndiyə qədər bu hesabatlar yalnız Maliyyə Nazirliyinə təqdim edilirdi.

Daha çox xəbər:

QHT-lərə ayrılacaq qrant məbləğinin yuxarı həddi müəyyənləşdi
Gündəm / Cəmiyyət
Qeyri-yaşayış binalarının girişlərinə ünvan təyin ediləcək - QƏRAR
Gündəm / Cəmiyyət
AzTV-nin səhmləri ilə bağlı qərarı Mərkəzi Bank verəcək
Sosial
Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi - Baş nazirdən QƏRAR
Gündəm / Cəmiyyət
Nazirlər Kabinetindən YENİ QƏRAR
Gündəm / Cəmiyyət