Gündəm / Cəmiyyət
28 iyun 2022
17
Nazirlər Kabinetindən YENİ QƏRAR
Nazirlər Kabineti “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nin təsdiq edilməsi barədə” 24 dekabr 2012-ci il tarixli, “Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin Siyahısı”nın təsdiq edilməsi haqqında” 6 fevral 2019-cu il tarixli və “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”nın təsdiq edilməsi və “Hökumət buludu” ilə bağlı bəzi tədbirlər haqqında” 29 oktyabr 2020-ci il tarixli qərarlarında dəyişiklik edib.
Bununla bağlı Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.
Qərara əsasən, “Elektron prokurorluq” informasiya sistemi “Ünvan Reyestri İnformasiya Sistemi ilə inteqrasiya olunacaq digər dövlət orqanlarının informasiya sistemlərinin dairəsi”nə, “Dövlət və bələdiyyə yüklülüyü üzrə bildirişlərin daşınar əmlakın yüklülüyünün dövlət reyestrinə daxil edilməsi üçün reyestrə inteqrasiya edilməli olan informasiya sistemlərinin Siyahısı”na və “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buludu”na Keçid Planı”na daxil edilib.
Daha çox xəbər:
Baş nazir qərar imzaladı
Gündəm / CəmiyyətPrezident sərəncam imzaladı
SiyasətNK Prezidentin Fərmanı ilə bağlı bir sıra qərarlara dəyişiklik edib
Sosial / TəhsilBaş nazir bir sıra sənədlərdən “əlil” və “qüsur” sözlərinin çıxarılması ilə bağlı qərar verdi
Gündəm / Cəmiyyət / SosialBaş Nazir QƏRAR İMZALADI
Gündəm / Siyasət