Gündəm / Cəmiyyət
22 iyul 2024
0
Yaxın gələcəkdə 2 ölkə Şimali Kipri tanıyacaq - Spiker
"Yaxın gələcəkdə ən az iki ölkə Şimali Kipr Türk Respublikasını tanıyacaq".
Bunu Şimali Kipr parlamentinin sədri Zorlu Töre deyib.
"Türk Dövlətləri Təşkilatının tərkibində təmsilçilik hüququ qazandıq. Biz bunun tanınmaya çevrilməsini və Qırğızıstan, Türkmənistan və Özbəkistan kimi qardaş ölkələr tərəfindən tanımasını gözləyirik", - o qeyd edib.
Xatırladaq ki, 1571-1878-ci illərdə Osmanlı torpağı olan Kipr adası 1878-ci illərdə Böyük Britaniyanın idarəçiliyi altına keçir. Ötən əsrin 20-30-cu illərində adanın yunan əhalisi arasında təşkilatlanma, silahlanma və Yunanıstana birləşmə (Enosis) uğrunda proseslər geniş vüsət alır. Tədricən hədəf ingilislərdən türklərə yönəlir. 1960-cı ildə razılaşma əsasında Böyük Britaniya, Yunanıstan və Türkiyənin zəmanətçi statusu ilə adada müstəqil Kipr Respublikası qurulur.
Konstitusiyada həm yunan, həm türk icmasının hüquqları təsbit olunsa da (məsələn, Kipr prezidenti yunan, vitse-prezident isə türk olmalı idi və s.), zamanla türk azlığa qarşı qətliamlar yenidən alovlanır. Türkiyənin müdaxilə hüququndan istifadə etdiyi 1974-cü ildə Kipr Sülh Hərəkatı həyata keçirilir və ada şimal və cənub olmaqla iki hissəyə bölünür. Şimalda türklər, cənubda isə yunanlar məskunlaşır. 1983-cü ildə Şimali Kipr Türk Respublikası qurulur. Lakin bu ölkənin müstəqilliyi yalnız Türkiyə tərəfindən tanınır. Şimali Kipr bir müddət həm də Banqladeş tərəfindən tanınsa da, təzyiqlərdən sonra bu ölkə mövqeyindən geri çəkilir.
Uzun illər adada vahid federativ və ya konfederativ dövlətin qurulması istiqamətində beynəlxalq səviyyəli danışıqlar davam etsə də, nəticəsizlik müşahidə olunub. Hazırda Kipr türkləri iki müstəqil dövlət modelini həll hesab edir və tanınmaya can atır. Cənubi Kipr isə Kipr Respublikası adı altında BMT-də təmsil olunur və bütün ada üzərində suverenliyə iddia edir.(Haber7)
Daha çox xəbər:
Şimali Kiprin parlament sədri Azərbaycana GƏLİR
Gündəm / SiyasətŞimali Kiprin Prezidenti: “Türkiyə və Azərbaycanla bağlarımızı qoparmaq mümkün olmayacaq”
Gündəm / CəmiyyətTürk dünyasının diqqəti Ankarada - Bu gün liderlər görüşəcək
Gündəm / Siyasət“Şimali Kiprin bayrağı da bizim tədbirdə dalğalanmalıdır”
Gündəm / SiyasətƏrsin Tatar Azərbaycanda - Foto
Gündəm / Siyasət