Gündəm / Sosial
24 iyul 2024
0
Həmin baltadan yaralanan qadının səhhəti necədir?
Xəbər verdiyimiz kimi, ötən gün Xalq artisti Ağadadaş Ağayevin Binəqədi rayonu ərazisində yerləşən klinikalardan birində mühafizəçi ilə əlbəyaxa olması gündəmin əsas mövzusuna çevrilib.
Yayılan görüntülərdə əvvəlcə Ağadadaş Ağayevin gözətçiyə tərəf balta atdığı, daha sonra isə mühafizəçi tərəfindən döyüldüyü əks olunub. Ağadadaş Ağayev tərəfindən atılan balta klinikada xadimə işləyən Nəzakət Paşayevanın ayağına xəsarət yetirib.
Nəzakət Paşeyavanın səhhəti ilə bağlı son durumu öyrənmək məqsədilə Konkret.az həmin klinika ilə əlaqə saxlayıb:
Klinikanın hüquqşünası Xeyransa Babayeva bildirib ki, Nəzakət Paşayeva evində müalicə alır:
“Səhhəti normaldır. Həkimlərin dediyinə görə, onun səhhəti 1 həftə ərzində normala dönməlidir. Ayağından xəsarət aldığı üçün yeriməsində çətinlik yaşayır, axsayır. Xəstəxanada deyil, müalicəsi ev şəraitində davam etdirilir. Aldığı xəsarət ağır deyil”.
Hüquqşünas Nəzakət Paşayevanın təzminat davası aça biləcəyi ehtimalına da aydınlıq gətirib:
“İndi təzminat iddiası ilə bağlı nəsə demək tezdir. Bu mövzu rəhbərlik səviyyəsində müzakirə edilməlidir. Yalnız bundan sonra dəqiq nəsə demək olar”.

Daha çox xəbər:

Ağadadaş Ağayev kimi baltalayıb? - TƏBİB araşdırır - DİN TƏSDİQLƏDİ
Gündəm / Mədəniyyət
Qənirə Paşayevanın son vəziyyəti açıqlandı
Gündəm / Cəmiyyət
Qəzada yaralanan hərbçilərin səhhəti ilə bağlı - Açıqlama
Gündəm / Cəmiyyət
Mehriban Əliyevanın tapşırığı ilə Qənirə Paşayevanın səhhəti üzrə daha bir konsilium OLUB
Gündəm
Ağadadaş Ağayev: Onu ağır cəza gözləyir...
Gündəm / Cəmiyyət