Gündəm / İdman
29 iyul 2024
0
Beynəlxalq Olimpiya Komitəsi Parisdəki açılış mərasiminə görə ÜZR İSTƏDİ - FOTO
Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarının mübahisəli açılış mərasiminə görə ictimaiyyətdən üzr istəyib.
Bu barədə BOK-un "X" sosial şəbəkəsindəki hesabında dərc olunmuş bəyanatda bildirilir.
"BOK Paris Təşkilat Komitəsinin açılış mərasimi ilə bağlı verdiyi açıqlamaları nəzərə alıb və alqışlayır", - deyə bəyanatda qeyd olunub.
Qeyd edək ki, təşkilat komitəsinin kommunikasiyalar üzrə direktoru Ann Deşam keçirdiyi brifinqdə tədbir üçün üzr istəmişdi.
Xatırladaq ki, Parisdə keçirilən Yay Olimpiya Oyunlarının açılış mərasimində LGBT təbliğatının aparılması və xristian dəyərlərinə zidd səhnəciklərin nümayişi bütün dünyada geniş etirazlara səbəb olmuşdu.
Daha çox xəbər: