Gündəm / Cəmiyyət
29 iyul 2024
0

10 ildir komada olan məşhur teleaparıcı vəfat etdi


Türkiyənin tanınmış televiziya aparıcısı və aktyoru Kənan İşıq vəfat edib.

Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

Qeyd edək ki, 2014-cü ildə K.İşığın beyninə qan sızmışdı.

Xatırladaq ki, K.İşıq Türkiyədə məşhur "Kim milyonçu olmaq istəyər?” verilişinin aparıcılarından olub.

O, on ildir komada idi.