Gündəm / Cəmiyyət
08 avqust 2024
1

18 yaşlı qızdan günlərdir xəbər yoxdur - Foto


Bakıda gənc qız itkin düşüb.

Sabunçu rayonu, Maştağa qəsəbəsində yaşayan 2006-cı il təvəllüdlü Zeynəb Şərifova iyulun 27-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri: boyu 155 sm, arıq bədən quruluşlu, saçları uzun qara rəngli, gözləri qəhvəyidir.

Zeynəbin harada olması barədə məlumatı olan şəxslərdən DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, Sabunçu Rayon Polis İdarəsinə, o cümlədən 14-cü Polis Şöbəsinə (012) 455-02-02 şəhər və 055- 805-93-93 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.