Gündəm / Dünya
08 avqust 2024
0
KİV: Sinvarın HƏMAS lideri seçilməsi İsraillə sülh danışıqlarını çətinləşdirə bilər
Yəhya Sinvarın Fələstinin HƏMAS hərəkatının Siyasi bürosunun yeni rəhbəri seçilməsi İsraillə Qəzza zolağında atəşkəslə bağlı danışıqları çətinləşdirə bilər.
Bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
Bildirilib ki, Sinvar HƏMAS lideri olarsa, ABŞ-nin Fələstində sülhün əldə edilməsi cəhdlərinə mane ola bilər. Onun İsraili güzəştə getməyə məcbur etmək üçün “sərt xətt” və “maksimalist mövqe” tərəfdarı olacağı qeyd edilir.
Öz növbəsində, İsrailin sağ təmayüllü siyasətçiləri HƏMAS-ın hərbi potensialının tamamilə məhv edilməsi və Sinvarın öldürülməsi məsələsində güzəştsiz mövqe tuturlar. Bu isə Baş nazir Benyamin Netanyahunun onlarla mümkün atəşkəs şərtlərini razılaşdırmasını çətinləşdirir.
Qəzet əlavə edib ki, HƏMAS-ın yeni liderinin İsrail ordusunun bir nömrəli hədəfinə çevrilməsi onun hərəkata rəhbərlik etməsinə və atəşkəslə bağlı danışıqlar aparmasına mane olur.
Xatırladaq ki, Sinvar avqustun 6-da HƏMAS Siyasi bürosunun rəhbəri seçilib.( TASS)
Daha çox xəbər:
ÇAXAL meydan oxudu: Çox sürətli hücuma keçəcəyik!
Gündəm / DünyaHƏMAS İsrailə güzəştə getməkdən imtina edib
Gündəm / Dünyaİsrail HƏMAS-ın onlarla döyüşçüsünü məhv etdi
Gündəm / DünyaHƏMAS: “Atəşkəs imzalamağa yaxınıq”
Gündəm / DünyaHƏMAS ABŞ-nin Qəzzada atəşkəs planının onlara uyğun olduğunu təsdiqləyib
Gündəm / Dünya