Gündəm / Hadisə
09 avqust 2024
0
Müdafiə Nazirliyinin daha bir sabiq rəisi həbs olundu
Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov həbs edilib.
Polkovnik korrupsiya cinayətlərinə görə məsuliyyətə cəlb edilib.
Sabiq idarə rəisi 10 gün əvvəl həbs edilən Mənzil-İstismar İdarəsinin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınov və digərləri ilə əlbir olaraq xüsusilə külli miqdarda (659 min manat) dövlət vəsaitini mənimsəməkdə və külli miqdarda rüşvət almaqda ittiham olunur.
Ona qarşı Cinayət Məcəlləsinin 179.4-cü (mənimsəmə-xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 311.3.2–ci (dələduzluq-təkrar törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Bakı Hərbi Məhkəməsinin qərarı ilə polkovnik Məmmədov haqda 4 aylıq həbs qətimkan tədbiri seçilib.(Qafqazinfo)
Daha çox xəbər:
Müdafiə Nazirliyinin daha bir sabiq idarə rəisi SAXLANILDI
Gündəm / HadisəMüdafiə Nazirliyinin daha bir maliyyə xidməti rəisi həbs edildi - Külli miqdara mənimsəmə
Gündəm / CəmiyyətNaxçıvanın Penitensiar Xidmətinin sabiq rəisinin cinayət işi məhkəməyə göndərilib
Gündəm / CəmiyyətDTX-nin saxladığı gömrükçülər barədə - Qərar
Gündəm / HadisəProkuror sabiq MTN generalına 14 il həbs cəzası istədi
Gündəm / Hadisə