Gündəm / Cəmiyyət
15 avqust 2024
0
AYNA-nın fəaliyyəti Şuşanı əhatə etməyəcək
Prezident İlham Əliyev 6 iyun 2024-cü il tarixli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilib.
Bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb.
Fərmana əsasən, bundan sonra agentlik (AYNA) Şuşa şəhəri istisna olmaqla avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkilini və bu sahədə dövlət sifarişinin formalaşdırılmasını təmin edəcək, yenə də Şuşa şəhəri istisna olmaqla digər ərazilərdə avtomobil nəqliyyatının infrastruktur obyektlərinin, o cümlədən avtovağzalların (avtostansiyaların), dayanacaq məntəqələrinin, avtomobil duracaqlarının, terminalların və digər qurğuların, habelə avtonəqliyyat vasitələrinə texniki xidmət göstərən texniki-təmir stansiyalarının (sahələrinin), yanacaqdoldurma məntəqələrinin yerləşdirilməsi, yaxud təyinatı avtomobil nəqliyyatının digər infrastruktur obyektinə dəyişdirilməklə yenidən qurulmasına dair rəy verəcək.
Daha çox xəbər:
Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə yeni səlahiyyət verilib
Gündəm / CəmiyyətBu daşımaları tənzimləyən icazə sistemi tətbiq ediləcək
Gündəm / CəmiyyətAzərbaycanda Yerüstü Nəqliyyat Agentliyi yaradıldı
Gündəm / İqtisadiyyatBu taksi sürücüləri buraxılış kartı ala bilməyəcəklər - Nazirlik
Gündəm / CəmiyyətYerüstü Nəqliyyat Agentliyinin Nizamnamə fondu təsdiqləndi
Gündəm / Cəmiyyət