Gündəm
14 iyul 2020
24
Düşmən təxribatına baxmayaraq, Ağdam kəndində həyat öz axarı ilə davam edir - VİDEO
Milliinfo.az
Düşmən təxribatlarına baxmayaraq, kənddə həyat öz axarı ilə davam edir.
Xezerxeber.az-ın məlumatına görə, söhbət şiddətli döyüşlərin getdiyi Tovuzun Ağdam kəndindən gedir. Ermənistan ordusu ötən axşamdan başlayaraq yaşayış məntəqələrini də artilleriya qurğularından atəşə tutmağa başlayıb. Lakin buna baxmayaraq, kənddə hər şey öz qaydasında davam edir. Sakinlər bildirirlər ki, ordumuza güvənirlər və inamları çox yüksəkdir. Bu səbəbdən də kəndi tərk edərək harasa getmək niyyətləri yoxdur.
Sakinlər bildirirlər ki, əmr verilsə, onlar da döyüşə getməyə hazırdırlar.
Onlar bu cür şiddətli olmasa da, neçə ildir atəş səslərinə və güllələrin evlərə atılmasına öyrəşiblər. Bu səbəbdən də heç nədən qorxuları yoxdur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Daha çox xəbər:
Düşmən Tovuzun yaşayış məntəqələrini və Ordumuzun mövqelərini atəşə tutmağa başlayıb
GündəmErmənilər Tovuzun Ağadam kəndi istiqamətində hucuma keçdilər - Döyüşlər gedir
GündəmAdil Əliyev: “Prezident və Birinci vitse-prezident Tovuz hadisələrinin ilk günündən xalqın yanında olublar”
SiyasətAdil Əliyev: “Prezident və Birinci vitse-prezident Tovuz hadisələrinin ilk günündən xalqın yanında olublar”
SiyasətŞiddətli döyüşlərdə 7 hərbçimiz şəhid olub - VİDEO
Gündəm