Gündəm / Dünya
20 avqust 2024
0
Azərbaycana qaytarılan dörd kənddə kütləvi şəkildə minalar aşkarlanıb
İşğal olunmuş ərazilərdə yüz minə yaxın minanın olacağı ehtimal edilsə də, Vətən müharibəsindən sonra bu rəqəmin milyon yarımdan çox olduğu aydınlaşdı.
Bunu “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.
O qeyd edib ki, ən böyük monitorinqlər may ayında delimitasiya prosesində Azərbaycana qaytarılan dörd kənddə aparılıb:
"Həmin ərazilər də kütləvi şəkildə minalanıb. Hətta minatəmizləyənlərimiz erməni postlarının cəmi 5-10 metrliyində axtarışlar aparıblar. Proses zamanı həmin dörd kənddə təəssüf ki, mina partlayışları baş verib".
Daha çox xəbər:
"Ermənistan kütləvi şəkildə yeni minalar yerləşdirir" - Ceyhun Bayramov
Gündəm / Siyasət"Azad edilmiş ərazilərdə Ermənistan tərəfindən minalar basdırılır" - İlham Əliyev
Gündəm / Siyasətİlham Əliyev dünənki terrordan DANIŞDI
Gündəm / CəmiyyətOmbudsmandan mina partlayışı ilə bağlı çağırış
Gündəm / CəmiyyətErmənilər Xocalı və Şuşada meşəlik əraziləri minalayıb
Gündəm / Cəmiyyət