Gündəm / Dünya
22 avqust 2024
0
Sabiq baş nazirin diplomatik pasportu ləğv edilib
Banqladeşin müvəqqəti hökuməti sabiq baş nazir Şeyx Hasinanın diplomatik pasportunu ləğv etmək qərarına gəlib
Bu barədə “The Hindu” qəzeti Banqladeş Daxili İşlər Nazirliyinin bəyanatına istinadla məlumat yayıb.
Bildirilir ki, Şeyx Hasinanın, eləcə də onun “Avami liqası” partiyasından olan keçmiş parlament üzvlərinin diplomatik pasportlarının ləğvi ilə bağlı rəsmi sərəncam “tezliklə” dərc olunacaq. Beləliklə, sabiq baş nazirin istefa verdiyi gün Hindistana gedərkən istifadə etdiyi sənəd qüvvəsini itirəcək.
Banqladeş Daxili İşlər Nazirliyinin təhlükəsizlik xidməti bu qərarı “bütün maraqlı tərəflərlə məsləhətləşdikdən sonra qəbul edib və artıq ölkənin bütün miqrasiya xidmətlərini bununla bağlı məlumatlandırıb.

Daha çox xəbər:

Banqladeşin istefa verən Baş naziri Böyük Britaniyadan sığınacaq istəyib - YENİLƏNİB
Gündəm / Dünya
Qaribaşvilidən sonra bütün hökumət istefaya gedir
Gündəm / Cəmiyyət
Livanın paytaxtı Beyrutda güclü partlayış baş verib
Hadisə / Dünya
Qazaxıstanın sabiq DİN rəhbəri saxlanıldı
Gündəm / Dünya
Nazir sabiq DYP rəisinin oğluna VƏZİFƏ VERDİ
Gündəm / Cəmiyyət