Gündəm / Cəmiyyət
22 avqust 2024
0

Onlara da orden və medallar verildi


Azərbaycan Prezidenti İlham Əliyev Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

Dövlət başçısının imzaladığı sənədə əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əmirov Rüfət Fikrət oğlu – polkovnik

Zalov Elşad Məhərrəm oğlu – mayor

“Vətən uğrunda” medalı ilə

Kərimov Zaur Ziyad oğlu – tibb xidməti polkovniki

Xəlilov Azər Akif oğlu – polkovnik-leytenant

Qəmərli Emin Ələkbər oğlu – polkovnik-leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə

Ağayev Ruslan Ağamirzə oğlu – mayor

Həsənov Aydın Mahir oğlu – mayor

Hüseynov Zaur Zirəddin oğlu – mayor

Şühraliyev Şamiq Ərşad oğlu – mayor

Yusif-zadə Qulam Eldar oğlu – mayor

Quliyeva Aygün Məhərrəm qızı – kapitan

Novruzov Fariz Xanlar oğlu – kapitan

Novruzov Nadir Oqtay oğlu – kapitan

Hacıyeva Leyla Vaqif qızı – leytenant

Verdiyeva Günel Akif qızı – gizir.