Gündəm / Cəmiyyət
23 avqust 2024
0
Bu dəmir yolu Azərbaycanı Naxçıvana birləşdirmək üçün...
Horadiz-Ağbənd dəmiryolu layihəsi həm beynəlxalq kommunikasiya xətləri, həm də daxili logistika baxımından strateji əhəmiyyətə malikdir.
Bunu Trend-ə açıqlamasında Azərbaycan Dəmir Yolları (ADY) QSC-nin şöbə müdiri Fəryaz Rüstəmov deyib.
O bildirib ki, daxili logistikanın optimallaşdırılması sayəsində ölkəmizdə istehsal olunan məhsulların sürətli və etibarlı şəkildə beynəlxalq bazarlara çıxışı təmin olunacaq və bu, ölkəmizin iqtisadiyyatına böyük təsir göstərəcək:
"Azərbaycanın tranzit ölkə rolunu daha da gücləndirir və regionda sülh və sabitlik proseslərinə töhfə verir. Bu layihə fiziki olaraq Azərbaycanı Naxçıvana birləşdirmək, eləcə də, ölkəmizin Avropa və Asiya arasındakı əsas yollardan birinə çevrilmək üçün böyük potensiala malikdir".

Daha çox xəbər:

Bakı-Tbilisi-Qars dəmiryolu 1 milyonadək sərnişin daşınacaq
İqtisadiyyat
Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır
Gündəm / Cəmiyyət
Türkiyənin Azərbaycanla strateji tərəfdaş olması ölkəmizin gücünə əlavə güc qatır - Cavid Osmanov
Gündəm / Cəmiyyət
Özbəkistanlı ekspert Bakı-Daşkənd əməkdaşlığının ən perspektivli sahələrini açıqlayıb
Gündəm / Siyasət
Zəngilan aeroportunun strateji əhəmiyyəti nədir? - AÇIQLAMA
Gündəm / Cəmiyyət