Gündəm / Cəmiyyət
23 avqust 2024
0
Əməkdaşları qanunsuz işə cəlb edən bu şirkət cərimələndi
“AZFEN-NN Tikinti Təmir Quraşdırma” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən işçilərin əmək hüquqlarının pozulması barədə daxil olmuş vətəndaş müraciəti əsasında Yevlax Rayon Prokurorluğunda araşdırma aparılıb.
Bu barədə Yevlax Rayon Prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı qeyd olunan hüquqi şəxs tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən bir neçə şəxsin internet xətlərinin çəkilişi işlərinin yerinə yetirilməsinə cəlb edilməsi müəyyən edilib.
Faktla bağlı Yevlax Rayon Prokurorluğunda MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib və məhkəmənin qərarı ilə hüquqi şəxs 20 min manat məbləğində inzibati cərimə edilib.
Daha çox xəbər:
Bakıda AA seriyalı “Ferrari”nin sahibi cərimələndi
Gündəm / CəmiyyətFeyziyevə məxsus olduğu deyilən şirkətə qarşı ittiham
Gündəm / CəmiyyətMaskadan istifadə etməyən fiziki şəxslər 50, vəzifəli şəxslər 100, hüquqi şəxslər 200 manat cərimələnəcək
Cəmiyyət / Sosial15 yaşına çatmamış uşaqları işə götürən şəxs məsuliyyətə cəlb edilir - FOTO
CəmiyyətQazax rayonunda yeyinti - Cinayət işi açıldı
Gündəm / Cəmiyyət