Gündəm / Cəmiyyət
24 avqust 2024
0

Azərbaycanda avqust ayında sutkalıq kirayənin orta qiyməti açıqlanıb


Bu ilin avqust ayında Azərbaycanda 3, 4 və 5 ulduzlu mənzillərdə booking.com platforması üzərindən onlayn bronlaşdırma sistemi ilə sutkalıq kirayə qiymətləri müvafiq olaraq 108,1 manat, 216,7 manat və 442,2 manat təşkil edib.

Bu ay 3 ulduzlu mənzillərdə ən yüksək qiymət Bakı şəhərində qeydə alınıb. Paytaxtda 3 ulduzlu mənzillərdə orta qiymət 121,5 manat, 4 və 5 ulduzlu mənzillərdə isə müvafiq olaraq 338 manat və 533,2 manat olub.

Avqustda 4 ulduzlu mənzillərdə ən yüksək qiymət 320 manat olmaqla Lerik şəhərində qeydə alınıb.

Bu ay 5 ulduzlu mənzillərdə isə ən yüksək qiymət 1 215 manat olmaqla Naftalanda qeydə alınıb.

Hesabatda ötən ilin avqust ayı üçün məlumatlar göstərilməyib.(“Report”)