Gündəm / Cəmiyyət
26 avqust 2024
0
Belarus Prezidenti Birinci vitse-prezident Mehriban Əliyevanı təbrik edib
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edib.
"Report"un Belarus Prezidentinin saytına istinadən verdiyi məlumata görə, təbrikdə deyilir:
“Həyata keçirdiyiniz çoxşaxəli dövlət və ictimai-siyasi fəaliyyət insanların rifahına yönəlib, Sizin peşəkarlığınız, təşkilatçılıq istedadınız, tükənməz həyat enerjiniz və cazibəniz Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda Sizə haqlı olaraq nüfuz qazandırıb. Minsk və Bakı arasında yüksək səviyyəli qarşılıqlı etimad, müxtəlif sahələrdə sıx təmaslar və böyük strateji əhəmiyyətə malik tərəfdaşlıq münasibətlərini qiymətləndirirəm”.
A.Lukaşenko Belarus-Azərbaycan münasibətlərinin inkişaf etdirilməsi ilə bağlı genişmiqyaslı planların həyata keçirilməsinin qardaş xalqların maraqlarına tam cavab verdiyinə əminliyini ifadə edib.
“Hörmətli Mehriban Arif qızı, Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və gələcək işlərinizdə uğurlar arzulayıram, qoy ailənizdə əbədi olaraq sevinc, sevgi və harmoniya hökm sürsün”, - təbrikdə qeyd olunub.
Daha çox xəbər:
Özbəkistanın birinci xanımı Mehriban Əliyevanı təbrik edib
Gündəm / Siyasət / DünyaMilli Məclis Mehriban Əliyevanı təbrik etdi
Gündəm / Cəmiyyətİlham Əliyev Lukaşenkonu təbrik edib
SiyasətƏrdoğan inadkar siyasətçidir - Lukaşenko
Gündəm / SiyasətMehriban Əliyeva Fatma Səttarovanı təbrik etdi
Gündəm / Siyasət