Gündəm / Dünya
28 avqust 2024
0
Mənə deyirlər ki, Rusiyaya tüpür… - Batyadan şok

İndi bizə məsləhət görürlər, hər tərəfdən üstümə tökülürlər: “Burdan geri çəkil, oranı azad et”. Burdan başlayıb belə bitirirlər: “Rusiyaya tüpür, ona arxa çevir. Ukrayna ilə birlikdə Rusiyaya qarşı vuruş. Biz NATO qoşunlarını Smolensk yaxınlığındakı sərhədə gətirəcəyik”.
Bu sözləri Belarus lideri Aleksandr Likaşenko Respublika Pedoqoji Şurasında çıxış edərkən deyib.
O əlavə edib ki, hər tərəfdən ona müxtəlif təkliflər verirlər, ölkə isə bu təkliflərin 99%-ni qəbul edə bilməz.
Lukaşenko bildirib ki, bunları deməklə hansı vəziyyətdə olduqlarını, hansı durumda yaşadıqlarını hamının başa düşməsini istəyir:
“Sizə deyə biləcəyim tək şey budur. Və mən bu gün çox şey deyə bilmərəm: bütün digər suallar mənə aiddir. Öz işinizlə məşğul olun, mən də hökumətdəki həmkarlarımla, yüksək vəzifəli məmurlarla birlikdə işimi görəcəm”.
O qeyd edib ki, Belarus ətrafında indiki kimi mürəkkəb situasiya heç vaxt olmamışdı:
“Amma ölkə dözməlidir! Hamımız suveren və müstəqil olmaq istəyirik. Onu necə saxlamaq olar - hər kəs bu barədə düşünməlidir. Buna hazır olun. Hər şey bizdən – müəllimlərdən başlayır”.

Daha çox xəbər:

“Mən aşığam, açıq-saçıq geyinə bilmərəm, heç mənə yaraşmır da...”
Şou
Aİ Rusiyaya qarşı səkkizinci sanksiyalar paketini hazırlayır
Gündəm / Dünya
Lukaşenko ordunun döyüş vəziyyətinə gətirilməsi barədə əmr verib
Gündəm / Dünya
“Mən hər şeyi etmişəm” - Zelenski
Dünya
“Mən “Tərtər işi”nə nağıl deməmişəm” - Xanlar Vəliyev
Gündəm / Cəmiyyət