Gündəm / Hadisə
28 avqust 2024
0
Rusiyada doqquz il əvvəl adam öldürməkdə təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Rusiyanın Moskva vilayətinin Mıtişi şəhərində doqquz il əvvəl Rusiya vətəndaşı Dmitriy Şarovu qətlə yetirməkdə təqsirləndirilən Elvin Abbasova hökm oxunub.
Lənkəran Ağır Cinayətlər Məhkəməsində hakim Oruc Cəlilovun sədrliyi ilə keçirilən məhkəmə iclasında o, 12 il 6 ay müddətə azadlıqdan məhrum edilib.
Həmçinin zərərçəkənin varisi tərəfindən verilən mülki iddia təmin edilib. Belə ki, təqsirləndirlən şəxsdən 10159 manat alınaraq zərərçəkən tərəfə verilməsi ilə bağlı qərar qəbul olunub.
Qeyd edək ki, hadisə doqquz il əvvəl - 2015-ci ilin oktyabr ayında sözügedən şəhərdə baş verib.
Məlumata görə, təqsirləndirilən şəxs Moskva vilayətində bazarda işləyib. E.Abbasov işlədiyi yerin yaxınlığında tanışları Elşad Musayev və Aleksandr Şadrinlə spirtli içki qəbul ediblər. Daha sonra E.Musayev tanışı E.Abbasova Dmitriy Şarov adlı şəxslə dalaşdığını bildirib. Elvin Dmirinin dostu Elşada qarşı olan hərəkətlərindən hiddətlənərək kafenin çıxışında onunla əlbəyaxa olub. Həmin vaxt üzərində olduğu bıçaqla ona xəsarət yetirməsi nəticəsində Dmitriy Şarov həyatını itirib.
E.Abbasov ifadəsində bildirib ki, hadisədən sonra Belarusiyaya, oradan təyyarə ilə Gürcüstana gedib, daha sonra isə Azərbaycana qayıdıb. O, axtarışda olduğunu bilməyib, 28 aprel 2023-cü il tarixdə tutulub.
E.Abbasova Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunub.
Daha çox xəbər:
Bakıda 3 yaşlı uşağı oğurlayan qadına hökm oxunub
Hadisə"Nərmin işi"ndə təqsirləndirilən İlkin Süleymanova HÖKM OXUNDU
Gündəm / HadisəDTX tərəfindən həbs edilən idmançılara HÖKM OXUNDU
Gündəm / CəmiyyətFHN-də intim videolar çəkən polkovnikə HÖKM OXUNDU
Gündəm / HadisəRəşad Dağlıya 9 il 6 ay həbs cəzası verildi
Gündəm / Cəmiyyət