Gündəm / Cəmiyyət
02 sentyabr 2024
0

“Namizədlərə bərabər şərait yaradılıb”

“Namizədlərə bərabər şərait yaradılıb”

“Kütləvi informasiya vasitələri tərəfindən seçkiyə hazırlıq və seçki prosesi obyektiv şəkildə işıqlandırılıb. Namizədlərə bərabər şərait yaradılıb”.

Bunu MDB PA-nın müşahidəçilər qrupunun koordinatoru Andrey Yatskin növbədənkənar parlament seçkilərinin yekunları ilə bağlı bu gün keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, həm yerli, həm də xarici müşahidəçilərə Azərbaycan qanunvericiliyinə uyğun müşahidə missiyasını həyata keçirmək üçün hər cür şərait yaradılıb: “Missiyamızın son dərəcə önəmli müşahidəsi o olub ki, 1 sentyabrda ilk dəfə Azərbaycanın bütün sərhədləri çərçivəsində parlament seçkiləri keçirilib. Seçkidə bütün beynəlxalq prinsip və normalara cavab verilib”.[left][/left]