Gündəm / İqtisadiyyat
12 sentyabr 2024
0
Bu il 14 milyon manatdan çox ƏDV geri qaytarılıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 14,4 milyon manatdan çox əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bundan başqa, hesabat dövründə pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən obyektlərdən alınmış mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), eləcə də tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin 116,4 milyon manatı fiziki şəxs olan istehlakçılara geri qaytarılıb.
Daha çox xəbər:
İstehlakçılara qaytarılan ƏDV məbləği açıqlandı
Gündəm / Cəmiyyət267,2 milyon manatdan çox ƏDV geri qaytarıldı
Gündəm / CəmiyyətTibbi fəaliyyətlə məşğul olan bu şəxslər cərimələnəcək
Gündəm / CəmiyyətVətəndaşlara ŞAD XƏBƏR: Bu gündən bu sahədə ƏDV-ni geri almaq mümkün olacaq
Gündəm / Cəmiyyət100 manatlıq alış-verişdə 3 manat 5 qəpik ƏDV ala bilərik - Yenilik
Gündəm / Cəmiyyət