Gündəm / Dünya
17 sentyabr 2024
0

Məsud Pezeşkian qadınları müdafiə edir

Məsud Pezeşkian qadınları müdafiə edir


İranda əxlaq polis qadınları başörtüsü ilə bağlı narahat etməyəcək.

Bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

Bildirilib ki, BMT ötən həftə İranda qadınların hicabdan düzgün istifadə olunmaması səbəbindən cəzalandırılmalarına görə xəbərdarlıq edib.

M.Pezeşkian prezident olandan sonra keçirdiyi ilk mətbuat konfransında bir qadın jurnalistin polis maşınlarından qaçmaq üçün yolunu dəyişdiyini söyləyib. O bunun ardınca polisin başörtüsü ilə bağlı hələ də küçələrdə olub-olmadığı ilə maraqlanıb. Ona cavab verən saçları azca görünən jurnalist küçələrdə polisin olduğunu deyib. Məsud Pezeşkian isə cavabında deyib: “Əxlaq polisi qadınların işinə qarışmamalıdır. Mən məsələyə nəzarət edəcəyəm ki, qadınları narahat etməsinlər”.

Qeyd edək ki, mətbuat konfransı 2022-ci ilin sentyabrında hakimiyyətin tətbiq etdiyi hicaba əməl etməməkdə günahkar bilinən Məhsa Əminin qətlə yetirilməsinin ikinci ildönümünə təsadüf edib.

M.Pezeşkian prezident seçkisi qabağı kampaniya zamanı hicab tələbinə nəzarət edən patrul xidmətinə qarşı çıxacağını vəd etmişdi. O həmçinin ölkədə uzun müddətdir mövcud olan bəzi internet nəzarətlərini yüngülləşdirəcəyini söyləmişdi.(Haber Global)