Gündəm / Dünya
18 sentyabr 2024
0
Paşinyan: Ermənistan KTMT ilə geridönüşü olmayan nöqtəyə yaxındır

Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə münasibətlərdə “dönüş olmayan nöqtə”yə yaxındır.
Bunu ölkənin baş naziri Nikol Paşinyan Ümumdünya Erməni Sammiti çərçivəsində keçirilən panel müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, KTMT Ermənistanın suverenliyinə təhdid yaratdığı üçün İrəvan bu təşkilatda iştirakını dondurub.
Eyni zamanda, N.Paşinyan qeyd edib ki, ölkə nə Rusiya, nə də Avrasiya İqtisadi İttifaqı ilə iqtisadi əlaqələri kəsmək niyyətində deyil.

Daha çox xəbər:

Ermənistan XİN: Paşinyan ölkənin KTMT-dən çıxdığını bəyan etməyib
Gündəm / Dünya
Putin Paşinyanla İrəvanın KTMT məsələsini müzakirə edəcək? - AÇIQLAMA
Gündəm / Dünya
Ermənistan KTMT-dəki daimi nümayəndəsini geri çağırıb
Gündəm / Dünya
"Ermənistanın gələcəyini KTMT olmadan təsəvvür edə bilmirəm" - Bordyuja
Gündəm / Dünya
İki türkdilli dövlətin prezidenti Ermənistana gəldi
Gündəm / Dünya