Gündəm / Dünya
05 sentyabr 2023
1
Ermənistan KTMT-dəki daimi nümayəndəsini geri çağırıb
Ermənistan Viktor Biyaqovu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) daimi sədri vəzifəsindən geri çağırıb.
Bu barədə ölkə prezidenti Vaaqn Xaçaturyanın dövlət başçısının saytında dərc olunan sərəncamında deyilir.
“Baş nazirin (Nikol Paşinyan) təklifinə əsasən, Konstitusiyanın maddələrinə və diplomatik xidmət haqqında qanuna uyğun olaraq, Viktor Biyaqov Ermənistanın KTMT-dəki daimi və səlahiyyətli nümayəndəsi vəzifəsindən geri çağırılsın.”, - sənəddə deyilir.
Dövlət başçısının digər sərəncamları ilə Biyaqov Ermənistanın Niderlanddakı səfiri və Kimyəvi Silahların Qadağan edilməsi Təşkilatında respublikanın daimi nümayəndəsi təyin edilib.
May ayında Paşinyan bəyan etmişdi ki, Ermənistan KTMT-ni “səriştəsiz” struktur hesab edərsə, ondan çıxmağa qərar verəcək . O qeyd edib ki, bu halda ölkə öz təhlükəsizlik məsələlərini özü həll edəcək.
Daha çox xəbər:
İki türkdilli dövlətin prezidenti Ermənistana gəldi
Gündəm / DünyaQazaxıstan ölkədəki vəziyyəti xarici hücum kimi qiymətləndirib
Gündəm / DünyaKTMT liderləri Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edəcək
Gündəm / Dünya"İrəvanın bu addımı KTMT üçün çətinliklər yaradır" - Rusiya XİN
Gündəm / DünyaKTMT-nin növbəti iclasının vaxtı açıqlandı
Gündəm / Dünya