Gündəm / Dünya
06 yanvar 2022
98
Qazaxıstan ölkədəki vəziyyəti xarici hücum kimi qiymətləndirib
Qazaxıstan hökuməti ölkədəki vəziyyəti kənardan hücum kimi qiymətləndirib.
Bu barədə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) katibliyindən bildirilib.
“Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının katibliyi Qazaxıstan tərəfindən yardım üçün müraciətin daxil olduğunu təsdiqləyir. Müraciətdə bildirilir ki, bu vəziyyət xaricdə təlim keçmiş quldur birləşmələrinin hücumu kimi qiymətləndirilir”, - təşkilatın saytında yerləşdirilən məlumatda deyilir.
Bildirilir ki, Qazaxıstan KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının üzvləri ilə məsləhətləşmələr aparıb, respublikaya hərbi yardım göstərilməsi üçün təşkilata üzv dövlətlərin başçılarına müraciət göndərib.
“KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası ölkədə vəziyyəti sabitləşdirmək və normallaşdırmaq üçün KTMT-nin kollektiv sülhməramlı qüvvələrinin məhdud müddətə Qazaxıstan Respublikasına göndərilməsi barədə qərar qəbul edib”, - məlumatda bildirilir.

Daha çox xəbər:

Moskvada MDB və Şanxay Əməkdaşlığı Təşkilatının Müdafiə nazirlərinin iclası keçirilib
Siyasət / Dünya
Paşinyan Tacikistana səfər etdi - FOTO
Gündəm / Dünya
Koreyalı professor: Ermənistan KTMT-dən dəstək almaq üçün Gəncəni bombalayır
Gündəm / Siyasət / Dünya
"Əfqanıstan mövzusunda danışıqlar prosesi yenidən başlanmalıdır" - Lavrov
Gündəm / Dünya
Qazaxıstan Prezidenti hökuməti istefaya göndərdi
Gündəm / Dünya