Gündəm / Cəmiyyət
08 oktyabr 2024
0
Bakıda bu məşhur restoranda da saxta içkilər aşkarlandı

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “Beer Loft” ictimai iaşə obyektində plandankənar yoxlama keçirib.
Bu barədə AQTA məlumat yayıb.
Yoxlama zamanı iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 55 ədəd müxtəlif markalı araq məhsulunun satışının həyata keçirildiyi müəyyən edilib.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Normativ hüquqi aktların tələblərinə uyğun olmayan saxta spirtli içki məhsullarının satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.

Daha çox xəbər:

İçki satılan obyektlə bağlı protokol tərtib edildi
Cəmiyyət
"Qızıl Tac"da SAXTAKARLIQ: Araqları özləri istehsal edirlərmiş (FOTOLAR)
Gündəm / Cəmiyyət
AQTA bu ay 200-dən artıq dönərxanada monitorinq aparıb
Gündəm / Cəmiyyət
İranın bəzi şirkətlərinin Azərbaycana kartof gətirməsinə qadağa qoyuldu
Gündəm / Cəmiyyət
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
Gündəm / Cəmiyyət