Gündəm / Təhsil
11 oktyabr 2024
0
Bağça müəllimləri də imtahan verəcək

19-20 oktyabr tarixlərində ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilməsi həyata keçiriləcək.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, prosesin test imtahanı mərhələsi respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunacaq. Ümumilikdə prosesdə 13 000-ə yaxın tərbiyəçi-müəllimin iştirakı nəzərdə tutulur.
Qeyd edilib ki, məktəbəqədər təhsil müəssisələrində pedaqoji heyətin peşəkarlığının artırılması tədrisin keyfiyyətinə təsir edən əsas amillərdən biridir. Ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair maarifləndirici görüşlər keçirilib, onlayn formada 2 sınaq qiymətləndirilmə və seminarlar təşkil olunub

Daha çox xəbər:

5800 bağça müəlliminin ali və ya orta ixtisas təhsili yoxdur - Nazirlik
Gündəm / Cəmiyyət
Bu gündən bağça müəllimlərinin işə qəbuluna başlanılır
Gündəm / Cəmiyyət
Baxça müdiri işləmək istəyənlərin nəzərinə! - Müsabiqə başladı
Gündəm / Cəmiyyət
Bağça müdiri olmaq istəyənlər imtahan verəcək
Gündəm / Cəmiyyət
Bağça müəllimlərinin işə qəbulu üzrə müsabiqənin test imtahanı keçirilir
Gündəm / Təhsil