Gündəm / Dünya
12 oktyabr 2024
1
ABŞ-nin Rumıniyadakı səfirliyi həftəsonu mümkün təhlükələr barədə xəbərdarlıq edib

ABŞ-nin Rumıniyadakı səfirliyi ölkədə olan Amerika vətəndaşlarını cümə günündən bazar gününədək dini müəssisələrin yaxınlığında mümkün təhlükələr barədə xəbərdar edib.
Bu barədə diplomatik missiyanın saytında məlumat verilib.
“ABŞ səfirliyi 11-13 oktyabr tarixlərində Rumıniyada sinaqoqlara, məbədlərə və ya məscidlərə qarşı potensial təhlükələr barədə məlumat alıb. Səfirlik ABŞ vətəndaşlarını bu dövrdə Rumıniyada dini müəssisələrin yaxınlığında çox ehtiyatlı olmağa çağırır”, – məlumatda qeyd olunur.
“Hazırda Rumıniya İnformasiya Xidmətinin (RİX, dövlət təhlükəsizliyinə cavabdehdir – red.) terror təhlükəsi səviyyəsinin artırılmasını tələb edəcək məlumatı və ya informasiyası yoxdur”, – RİX-in nümayəndəsi Ovidiu Marinça bildirib.

Daha çox xəbər:

ABŞ-ın Azərbaycandakı səfirliyi bağlanır
Gündəm / Dünya
ABŞ səfirliyi üzərində uçan PUA-lar məhv edildi
Gündəm / Dünya
“Avroviziya”da terror təhlükəsi
Hadisə
“Potensial təhlükələr nəzərə alınır” - SOCAR-dan palçıq vulkanları ilə bağlı AÇIQLAMA
Cəmiyyət
ABŞ səfirliyi Azərbaycanı TƏBRİK ETDİ
Gündəm / Cəmiyyət