Hadisə
14 may 2019
41
“Avroviziya”da terror təhlükəsi

ABŞ-ın İsraildəki səfirliyi öz rəsmi saytında Təl-Əvivdə “Avroviziya” mahnı müsabiqəsi vaxtı terror hücumlarının baş verə biləcəyi ilə bağlı xəbərdarlıq yayıb.
ABŞ-ın diplomatik missiyası həmvətənlərinə nümayişlərin keçiriləcəyi yerlərdən uzaq durmağı tövsiyə edib.
Belə ki, mahnı müsabiqəsi zamanı həm də ABŞ-ın öz səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsinin ildönümü ilə bağlı tədbirlər keçiriləcək.
Bəyanatın mətninə əsasən, potensial insidentlər başlıca olaraq Qəzza zolağı ətrafında olan İsrail şəhərlərində, həmçinin, Təl-Əvivdə gözlənilir. Buna əsas kimi, may ayının əvvəlində Aşod, Aşkelon və digər şəhərlərin, mart ayında isə İsrailin mərkəzi bölgəsinə edilən raket hücumları göstərilir.
