Şou
01 may 2019
44
Çingiz “Avroviziya”da səhnəyə kimlərlə çıxacaq ?
Azərbaycanı “Avroviziya-2019” beynəlxalq musiqi yarışmasında təmsil edəcək Çingiz Mustafayevi səhnədə beş bek-vokalçı müşayiət edəcək.
BEŞ.AZ xəbər verir ki, onlar sənətçi ilə birgə “Truth” (Həqiqət) mahnısını canlı səsləndirəcəklər.
Bek-vokalçılar Avropada kifayət qədər tanınmış musiqiçilərdir.
Peter Simpson “Avroviziya-2018”də Avstriya təmsilçisi ilə birgə çalışıb.
Pernille Leeloo bu il Danimarkanın milli seçimləri olan “Dansk Melodi Grand Prix”ə qatılıb.
Digər bek-vokalçı Sara Linnea 2012-ci ildə “Melodifestivalen” finalına qədər irəliləyib.
Çingiz peşəkar musiqiçilərlə çalışdığı üçün sevindiyini dilə gətirib:
“Musiqi prodüserimiz İsa Məlikov və ifaçılıq müəllimi Aleks Panayi, eləcə də “Truth” mahnısının müəllifi Borislav Milanovla birlikdə biz bir çox ifaçıların profilini nəzərdən keçirdik ki, komandamıza qoşulacaq şəxsləri seçək. Əminik ki, komandamıza şəxsi toxunuşlarını gətirəcək və çıxışımızı daha rəngarəng edəcək səsləri seçmişik. İlk məşqimiz çox əla keçib və komandamızda gözəl harmoniya var”.
Qeyd edək ki, mayın 14-də start götürəcək mahnı yarışmasında Azərbaycan təmsilçisi ikinci yarımfinalda, yəni mayın 16-da, 18-ci nömrə altında çıxış edəcək. “Avroviziya-2019” mahnı müsabiqəsinin şüarı “Dare to Dream”dir (“Arzulamağa cürət et”).